İranın ali dini lideri Müctəba Xameneinin xəstəxanaya yerləşdirildiyi barədə sosial şəbəkələrdə iddialar yayılıb.
Bakupost.az xəbər verir ki, iranlı aparıcı və aktyor Ehsan Karami sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, Müctəba Xamenei Tehrandakı Sina Hospital xəstəxanasında müalicə alır.
Paylaşımda iddia olunur ki, o, qarın və ayaq nahiyəsindən ağır yaralanıb və hazırda süni tənəffüs aparatına qoşulub. Məlumata görə, Müctəba Xamenei hələ də ayılmayıb.
Həmin paylaşımda həmçinin bombardman nəticəsində onun ailə üzvlərinin də öldüyü iddia edilir. Lakin bu məlumatlar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Qeyd edək ki, son günlər regionda artan hərbi gərginlik fonunda İran rəhbərliyinin yüksək vəzifəli şəxsləri ilə bağlı müxtəlif iddialar sosial şəbəkələrdə geniş yayılır.