IV ixtisas qrupu üzrə 700 bal toplayan Samir Tağızadə Azərbaycan Tibb Universitetinə qəbul olunub.
“Bakupost” xəbər verir ki, Qafqazinfo-ya danışan S.Tağızadə ATU-nun Tibb (tədris ingilis dilində) ixtisasına daxil olduğunu bildirib.
“İxtisas seçimində təkcə 1 ixtisas seçmişdim, ona da qəbul olundum”, - deyə o əlavə edib.
Qeyd edək ki, Samir Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyasının məzunudur. O, həmçinin ötən il İctimai TV-də yayımlanan “Əlaçı” verilişinin qalibi olub.