Ru
13:24 / 23 May 2026

Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə həmin dövr üzrə 37,1 mln. manat ödənilib

Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə həmin dövr üzrə 37,1 mln. manat ödənilib
Eye

2021-ci ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonrakı 6 ay ərzində təkrar əlillik təyin edildikdə əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir.

Bakupost.az xəbər verir ki, qeyd edilən aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödəniş verilir. Ötən dövrdə 60 mindən çox şəxs həmin ödənişlərlə təmin olunub.

Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki dövr üzrə ümumilikdə 37,1 mln. manat vəsait ödənilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar