Ru
11:24 / 21 May 2026

Təkrar keçiriləcək imtahana qeydiyyat başladı

Təkrar keçiriləcək imtahana qeydiyyat başladı
Eye

İyunun 14-də keçiriləcək magistraturaya qəbul imtahanının ikinci cəhdində təkrar iştirak etmək üçün qeydiyyat başlayıb.

Bu barədə Bakupost.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bakalavrların ərizə qəbulu mayın 23-ü saat 23:59-dək internet vasitəsilə aparılır.

İmtahan Bakı, Abşeron və Sumqayıt şəhərlərində keçiriləcək.

Bu imtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bütün bakalavrlar iştirak edə bilərlər.

Qeydiyyat linki: https://eservices.dim.gov.az/erizemag/erize

Qeyd edək ki, 17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı Bakı, Abşeron və Sumqayıtda imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.

Xatırladaq ki, Qəbul imtahanında 2 və ya 3 dəfə iştirak etmiş bakalavrlar ixtisaslaşma seçimi zamanı müsabiqə şərtlərini ödəyən ən yüksək nəticələrini seçə bilərlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar