Ru
12:35 / 30 İyul 2026

“Telegram”ın qurucusu beynəlxalq axtarışa verildi

“Telegram”ın qurucusu beynəlxalq axtarışa verildi
Eye

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) “Telegram” mesajlaşma platformasının qurucusu Pavel Durov barəsində “terrorizmə dəstək” ittihamı ilə beynəlxalq axtarış elan edib.

“Bakupost” xəbər verir ki, FSB Durovu terror qrupları və Ukrayna kəşfiyyatı tərəfindən istifadə olunduğu iddia edilən kanal və botların fəaliyyətinə göz yummaqda ittiham edir.

Qurumun məlumatına görə, “Telegram” üzərində fəaliyyət göstərən bəzi kanal və botlardan terror aktları və kibercinayətlərin törədilməsi üçün istifadə olunub. Həmçinin “Dayvinchik/Leo” adlı çat-bot vasitəsilə gənclərin terror və təxribat fəaliyyətlərinə cəlb edildiyi iddia edilir.

Pavel Durov isə “Telegram” üzərindən yaydığı açıqlamada ittihamları rədd edib. O bildirib ki, Rusiya hakimiyyəti platformaya qarşı yeni məhdudiyyətləri əsaslandırmaq üçün süni bəhanələr irəli sürür.

Qeyd edək ki, Rusiya əsilli Durov uzun illərdir Fransada yaşayır və Fransa ilə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşıdır. “Telegram” isə yüz milyonlarla istifadəçisi olan dünyanın ən böyük mesajlaşma platformalarından biridir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar