Telekanala şikayət edən qadını qaynı öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO
1525
Səhər saatlarında "Xəzər Xəbər"in vatsap qaynar xəttinə çəkiliş üçün müraciət edən qadın bir neçə saat sonra qaynı tərəfindən öldürülüb.
Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Əminə Məlikova səhər saat 11 radələrində müraciət etmişdi qaynar xəttimizə.
Bakupost.az bildirir ki, şikayətçi qaynının aralarında mülk üstündə yaranan problemə görə evi dagıtdığını, şüşələri sındırıb-tökdüyünü əks etdirən bu videoları da göndərib. Məsələnin ictimailəşdirilməsini, qaynı barəsində tədbir görülməsini istəyirdi.
Digər səs yazılarında isə qaynı Pərviz Məlikovla aralarında yaranan mülk mübahisəsinin uzun müddətdir davam etdiyini, təhdid edildiyini bildirirdi.
53 yaşlı qadın qaynının onu təhdid etdiyini əks etdirən səs yazısını da göndəribmiş.
Əminə Məlikovanın göndərdiyi səsləri dinlədikdən sonra çəkiliş heyəti deyilən ünvana yola düşüb.
Ancaq heyət ora çatanda qadın qaynı tərəfindən öldürüldüyünün şahidi olub.
Rayon prokurorluğunun məlumatına əsasən, araşdırma zamanı 58 yaşlı Pərviz Məlikovun qardaşı arvadı 53 yaşlı Əminə Məlikovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərviz Məlikov iş üzrə şübhəli şəxs qismində tutulub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: