İsveçin “Einride” şirkəti “Tesla”dan 500 ədəd Semi elektrikli yük maşını alacaq. Bu, “Tesla Semi” üçün indiyədək açıqlanan ən böyük sifarişdir.
“Bakupost” xəbər verir ki, avtomobillər qarşıdakı 24 ay ərzində Şimali Amerikada istifadəyə veriləcək.
“Tesla Semi”lər Kaliforniya, Texas, Nyu-Cersi, İllinoys və Corciya ştatlarında yükdaşıma marşrutlarında işləyəcək. Avtomobillər əsasən “Amazon” olmaqla, “Einride”ın müştərilərinə xidmət göstərəcək.
İlk avtomobillərin sentyabr ayında istifadəyə verilməsi gözlənilir. Sifarişin ümumi dəyəri və avtomobillərin hansı mərhələlərlə təhvil veriləcəyi açıqlanmayıb.
“Tesla Semi”nin uzunmənzilli modeli bir şarjla təxminən 805 kilometr məsafə qət edə bilir.
Vüsalə Hüseynova,
BakuPost