Ru
13:56 / 16 Oktyabr 2026

"Tesla" uçan avtomobilini təqdim etdi - VİDEO

"Tesla" uçan avtomobilini təqdim etdi  - VİDEO
Eye

"Tesla”nın yeni “Roadster” modeli ilə bağlı uçan avtomobil konsepti təqdim olunub. Layihənin 2028-ci ildə satışa çıxarılması planlaşdırılır.

“Bakupost” xəbər verir ki, Elon Maskın təqdimatında nümayiş etdirilən avtomobil xüsusi jetlər vasitəsilə havaya qalxa, tullanaraq maneələri aşa və havada hərəkət edə bilir.

Maskın sözlərinə görə, avtomobildə 10 ədəd nozul və yüksək təzyiqli hava çənlərindən istifadə ediləcək. Modelin bəzi versiyalarında arxa itələmə sistemi, daha təkmil variantında isə hava jetləri nəzərdə tutulur.

Bununla belə, avtomobilin real şəraitdə imkanları və yollarda istifadəsi ilə bağlı texniki və hüquqi suallar qalır. Təqdimatda göstərilən xüsusiyyətlərin seriyalı istehsal modelində təsdiqlənib-təsdiqlənməyəcəyi hələ məlum deyil.

Vüsalə Hüseynova,
BakuPost


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar