Ru
19:32 / 20 Avqust 2026

Təyyarə biletlərinin münasib səviyyəyə gətirilməsi– Sərəncam

Təyyarə biletlərinin münasib səviyyəyə gətirilməsi–  Sərəncam
Eye

Nəqliyyat infrastrukturunun turizmin inkişafına töhfəsinin artırılması çərçivəsində hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinin daha münasib olması və regional hava limanlarının potensialından səmərəli istifadə üçün təşviq tədbirlərinin görülməsi nəzərdə tutulur.

"Bakupost" xəbər verir ki, bu, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planına əsasən, Azərbaycan Respublikasının xarici ölkələrlə birbaşa hava nəqliyyatı əlaqələrinin əhatə dairəsinin genişləndirilməsi və uçuş tezliyinin (intensivliyinin) artırılması nəzərdə tutulur.

Növbəti tədbir kimi aviabilet qiymətlərinin daha münasib səviyyəyə gətirilməsi müəyyənləşdirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar