Rusiyada yanacaq çatışmazlığı ilə bağlı narahatlıqlar daha da artır.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, Rusiyada aviasiya yanacağının qıtlığı və qiymətlərin sürətlə artması fonunda kiçik aviasiyada adi avtomobil benzini ilə uçuşların sınağına başlanılıb.
Məlumata görə, “Euro-3” standartlı avtomobil benzini artıq bəzi təyyarələrdə test olunur. Bildirilir ki, bir sıra regionlarda aviasiya benzininin ehtiyatları cəmi 1–1,5 ay ərzində tükənə bilər.
Xüsusilə An-2 təyyarələrinin sahibləri yanacaq qiymətlərinin dövlət tərəfindən tənzimlənməsini tələb edirlər. Onların fikrincə, mövcud qiymət artımı və çatışmazlıq kiçik aviasiyanın fəaliyyətini ciddi təhlükə altına salır.