Ru
15:55 / 07 İyul 2026

Tiflisə getmək istəyənlərə daha bir sevindirici xəbər

Tiflisə getmək istəyənlərə daha bir sevindirici xəbər
Eye

Bakı-Tiflis-Bakı marşrutu üzrə gündüz reyslərinin açılması ilə bağlı işlər aparılmır.

"Bakupost" Report-a istinadla xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda yalnız bir qatar hərəkətdədir və həmin qatarın tərkibinə əlavə vaqonların qoşulması ilə bağlı işlər aparılır:

"Tiflisdən Bakıya hərəkət edən qatara tələbat daha yüksəkdir. Azərbaycana daxil olmaq yalnız təyyarə və qatar yolu ilə olduğundan, Tiflis-Bakı istiqaməti üzrə daha çox tələbat var".

A.Fərəcov qeyd edib ki, bu günə olan məlumata görə, yalnız Tbilisidən 6 000-dən yuxarı sərnişin artıq qatara minib və istifadə edib: "Bu göstərici Bakıdan 5 000 yuxarıdır".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar