Ru
16:23 / 20 May 2026

Tiflisə səyahət: gömrük prosedurları necə təşkil olunacaq?

Tiflisə səyahət: gömrük prosedurları necə təşkil olunacaq?
Eye

İmzalanmış razılaşmaya əsasən, qatarın Azərbaycan ərazisində sərhəd və gömrük nəzarəti Böyük Kəsik stansiyasında qatarda, sərnişinlər düşürülmədən həyata keçiriləcək. Bu məqsədlə stansiyada 60 dəqiqəlik dayanma nəzərdə tutulur.

Bakupost.az xəbər verir ki, bu barədə APA-ya müsahibəsində Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

“Gürcüstan ərazisində isə analoji sərhəd və gömrük yoxlamaları Qardabani stansiyasında aparılacaq və burada da 60 dəqiqəlik dayanma planlaşdırılıb. Hər bir vaqonda sərhəd və gömrük əməkdaşları üçün xüsusi iş yerləri ayrılıb. Bu, prosedurların daha rahat və sistemli şəkildə aparılmasına imkan verəcək”, - o qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar