Ru
22:10 / 06 İyul 2026

Tiflisə uçan təyyarə Bakıda təcili eniş etdi - SƏBƏB

Tiflisə uçan təyyarə Bakıda təcili eniş etdi - SƏBƏB
Eye

"Qatar Airways" aviaşirkətinə məxsus Doha-Tbilisi marşrutu üzrə uçan QTR253 reysli təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Bu barədə "Bakupost"a "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən məlumat verilib.

Bildirilib ki, hava gəmisinin komandiri təyinat məntəqəsi olan Tbilisidəki əlverişsiz hava şəraiti səbəbindən ehtiyat hava limanına eniş etmək qərarına gəlib.

"Airbus A320" tipli təyyarə yerli vaxtla saat 20:23-də Bakıda uğurla eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportu hava gəmisinə müvafiq prosedurlara uyğun xidmət göstərib.

Hava şəraiti normallaşdıqdan sonra təyyarə təyinat məntəqəsinə uçuşunu davam etdirəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar