Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub və Aybəniz Xəlilova 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən iclasda prokuror təqsirləndirilən şəxsin 11 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Hüquq-mühafizə orqanları tərəfindən "Beniz" barəsində Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Şikayətçi ərizəsində Aybəniz Xəlilovanın ondan hissə-hissə olmaqla 836 min manat pul tələb etdiyini göstərib.(