Ru
21:09 / 08 İyun 2026

Tokayevdən Paşinyana böyük jest - Kremlə mesaj

Tokayevdən Paşinyana böyük jest - Kremlə mesaj
Eye

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanı rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasını parlament seçkilərində qələbəsi münasibətilə ilk təbrik edən liderlərdən olub. Bu təbrik Tokayevin həm də Kremlə mesajıdır.


Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“Rusiya Prezidenti Vladimir Putin və onun ətrafı bir müddətdir Nikol Paşinyanı “Ermənistanı Avrasiya İqtisadi İttifaqından çıxararıq” açıqlamasıyla hədələyirlər. Rusiya rəsmiləri bu hədəni səsləndirərkən, İttifaqın digər üzvlərinin, o cümlədən Qazaxıstanın rəyini nəzərə almırlar.

Putin Paşinyanı hələ təbrik etməyib, əksinə Rusiya rəsmiləri seçkidə pozuntular barədə müxtəlif iddialar irəli sürüblər. Tokayev isə bunların fonunda Paşinyanı təbrik etməklə yanaşı, ona Ermənistanın uzunmüddətli milli maraqları naminə işində uğurlar arzulayıb”, - politoloq vurğulayıb.

Qeyd edək ki, 7 iyunda Ermənistanda parlament seçkiləri keçirilib. Ermənistan MSK-nın elan etdiyi ilkin nəticəyə görə, Paşinyanın Mülki Müqavilə Partiyası 48,82% səslə qalib gəlib və 105 yerlik parlamentdə 64 mandat əldə edib.

Bu nəticə ilə Paşinyan hökuməti təkbaşına formalaşdıra biləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar