Vaşinqton Hizbullah ilə hərbi münaqişəyə girmək niyyətində deyil.
Bakupost.az xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak "Sky News Arabia" telekanalına müsahibəsində bildirib.
"Biz Hizbullaha qarşı nə öz qüvvələrimizlə, nə də ABŞ Mərkəzi Komandanlığı vasitəsilə hərəkət etməyəcəyik”, - o qeyd edib.
Onun sözlərinə görə, İsrail təzyiqlərə baxmayaraq, Livanın cənubundakı bir sıra strateji mövqelərini tərk etmək niyyətində deyil:
“Beyrut Hizbullahı tərksilah etmək üçün siyasi iradə nümayiş etdirməlidir”.
Barak təşkilatın hər ay xarici mənbələrdən təxminən 60 milyon dollar aldığını bildirib:
"Bu da onun hərbi və iqtisadi potensialını gücləndirir. Hizbullah bizim düşmənimizdir, İran da düşmənimizdir. Biz bu ilanların başını əzib, onların maliyyəsini kəsməliyik", - diplomat əlavə edib.