Amerika Film Akademiyasının “Governors Awards” fərdi xidmət və karyera mükafatları mərasimində Hollivudun super ulduzu Tom Kruz “Şərəf Oskarı” ilə mükafatlandırılıb. Bu ənənəvi mükafat akademiya üzvləri, “Oscar” namizədləri, “Hollywood” ulduzlarının iştirakı ilə kino sənətinə uzunmüddətli töhfə vermiş şəxslərə təqdim edilir. Builki mükafatı alanlar arasında Dolli Parton, Vinn Tomas və Debbi Allenin də olub.
Bakupost.az “Holliwood Report”a istinadən xəbər verir ki, budəfəki mərasimdə Cennifer Lorens, Leonardo Di Kaprio, Ariana Qrand, Sidney Svinni, Vaqner Moura, Adam Sandler və Tessa Tompson kimi “Oscar” laureatları da iştirak edib.
Tədbir əvvəlcə Dolli Parton üçün həsr olunan tribuna ilə başlayıb. Aktyor özü tədbirə onlayn qatılıb. Mükafat Patronun yerinə 1980-ci ildə çəkilən “9-dan 5” filmindəki tərəf müqabili Lilo Tomlinə təqdim edilib.
Növbəti iki heykəlcik Vinn Tomas və Debbie Allen verilib.
Tom Kruzun mükafatı gecənin sonuna saxlanıldığı üçün iştirakçılar tədbirdə sonadək qalıb. 63 yaşlı aktyor 45 illik karyerasını əks etdirən qısa videodan sonra “Mümkün olmayan missiya” silsiləsinin məşhur musiqisinin sədaları altında səhnəyə çıxıb və uzun müddət ayaq üstə alqışlanıb.
“Bu gün burada olmaq mənim üçün çox xüsusi bir an. Film çəkmək mənim işim deyil, mənim kimliyimdir. Bu sənət mənim həyatımın bir hissəsidir.
Mən studiyalara, agentliklərə, aktyorlara, rejissorlara, ssenaristlərə, kaskadyorlara və ən başlıcası tamaşaçılara təşəkkür etmək istəyirəm. Siz olmadan, bunların heç bir mənası olmazdı.
45 illik karyeram boyunca gördüyüm hər şey, aldığım bu “Oskar” sizin sayənizdədir. Bu mənim üçün bir başlanğıcdır və inanıram ki, son olmayacaq.
Mənimlə bu yolda olan hər kəs, bilsin ki, siz mənim hər filmimin bir hissəsisiniz”.
Tədbirdə çıxış edən Alexandro Qonzalez İnarutti aktyoru “Tom Kruz təkcə film çəkmir, o özü filmdir” sözləri ilə tərifləyib.
Cavid, BakuPost