Ru
16:31 / 11 Dekabr 2025

Tornado, yeni ada, ölən suitilər... – Xəzərdə nə baş verir?

Tornado, yeni ada, ölən suitilər... – Xəzərdə nə baş verir?
Eye

Gündən-günə quruyan Xəzər dənizinin Dağıstan və Azərbaycan sahillərində son günlər qeyri-adi təbiət hadisələri müşahidə olunur.

Bakupost.az xəbər verir ki, rusiyalı meteoroloqların bildirdiyinə görə, dekabrın 1-5 arasında Dağıstan sahillərində nadir tornado baş verib. Bu hadisə region üçün qeyri-adi hesab olunur və sosial mediada geniş rezonans doğurub. Ekspertlər bildirirlər ki, belə fırtınalar nadir hallarda olsa da, iqlim dəyişiklikləri onun baş vermə ehtimalını artırır.

Bundan əlavə, peyklər Xəzər dənizində müvəqqəti ada fenomenini qeydə alıb. Palçıq vulkanının püskürməsi nəticəsində yaranan ada əvvəlcə görünüb, lakin bir neçə ay sonra eroziyaya uğrayaraq yoxa çıxıb. Bu geoloji hadisə regionda nadir müşahidə olunan proseslərdən biridir.

Qeyri-adi təbiət hadisələri ilə bağlı video və görüntülər sosial mediada paylaşılsa da, bir çox hallarda peyk və müşahidə məlumatları əsas götürülür. Ekspertlər bildirirlər ki, bu hadisələr regionun təbii dinamizmini göstərir və gələcəkdə ekoloji və geoloji monitorinqin vacibliyini vurğulayır.

Qeyd edək ki, dekabrın əvvəlində Dağıstan sahillərində təxminən 800 suitinin cəsədi aşkar edilməsi barədə xəbər vermişdik. Mütəxəssislər ölümlərin səbəbini araşdırır, hadisənin ekoloji cəhətdən ciddi nəticələr doğura biləcəyi bildirilir.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar