Ru
12:53 / 04 Mart 2026

Toy karvanı 2 km-lik tıxac yaratdı - Sürücülər 1600 manat cərimələndi

Toy karvanı 2 km-lik tıxac yaratdı - Sürücülər 1600 manat cərimələndi
Eye

Belçikanın Ostend şəhəri yaxınlığında toy karvanı hadisəsinin məhkəmə prosesi tamamlanıb. Hadisə avtomobil magistralında baş vermişdi. 12 avtomobildən ibarət karvan bütün yolu və təhlükəsizlik zolağını bağlayaraq yol hərəkətini iflic nöqtəsinə çatdırmışdı.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı avtomobillər dördlü fənərləri yandıraraq və davamlı siqnallardan istifadə edərək hərəkət edirdi. Bu hərəkət 2 kilometrə uzunluqda tıxaca səbəb olmuş və digər sürücülərə ciddi narahatlıq yaratmışdı. Polis hadisəyə müdaxilə edərək yolu açıb, avtomobillərin nömrələrini tək-tək qeyd etmişdi.

Brügge Məhkəməsində keçirilən iclasda prokuror yol hərəkətindəki məsuliyyətsizliyə diqqət çəkərək, “Evliliyə heç bir etirazım yoxdur, amma ölkəmizin ən sıx avtomobil yollarından biri əyləncə yeri deyil. Hər hansı bir cəmiyyətin ənənəsi olsa da, hamı təhlükəsizlik üçün yol qaydalarına riayət etməlidir”, – deyib.

Məhkəmə heyəti, yolu bağlayan sürücülərə 480 (953 manat) ilə 800 avro (1588 manat) arasında cərimə tətbiq edib. Bundan əlavə, bəzi sürücülərə əlavə olaraq 15–21 gün müddətinə avtomobil idarə etmək qadağan olunub. Bu qərar, yol hərəkətini təhlükəyə atan davranışlara qarşı ciddi xəbərdarlıq kimi qiymətləndirilir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar