“Toyota” şirkətinin yeni nəsil “Corolla” modelini 2028-ci ildən etibarən Çində istehsal etməyi planlaşdırdığı bildirilir.
“Bakupost” xəbər verir ki, istehsalın “FAW Toyota” tərəfindən həyata keçirilməsi gözlənilir.
Yeni modelin tam elektrikli, hibrid və benzin mühərrikli versiyalara uyğun vahid platformada hazırlanacağı bildirilir. Bu yanaşma şirkətə müxtəlif bazarların tələblərinə daha çevik uyğunlaşmağa imkan verəcək.
“Toyota”nın bu addımı Çin bazarında yerli avtomobil istehsalçılarının rəqabətinin güclənməsi fonunda atdığı qeyd olunur. Şirkət elektrikli avtomobillərin istehsalını artırmağı və yeni texnologiyalara daha çox diqqət yetirməyi hədəfləyir.
Vüsalə Hüseynova,
BakuPost