Ru
13:30 / 31 İyul 2026

“Toyota” dünya liderliyini yenə qorudu

“Toyota” dünya liderliyini yenə qorudu
Eye

“Toyota” 2026-cı ilin ilk yarısında qlobal bazarda ən çox avtomobil satan şirkət titulunu qoruyub.

“Bakupost” xəbər verir ki, şirkət yanvar–iyun aylarında dünya üzrə 5,39 milyon avtomobil sataraq bu göstərici ilə ardıcıl 7-ci dəfə lider olub.

Məlumata görə, “Toyota”nın qlobal satışları ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% azalsa da, şirkət ən yaxın rəqibi “Volkswagen”i geridə qoymağı bacarıb.

Hesabata əsasən, “Toyota”nın Yaponiyadakı satışları 4,4% artaraq 1,1 milyon ədədə yüksəlib. Xarici bazarlarda satışlar isə 4,5% azalaraq 4,3 milyon avtomobil təşkil edib.

Eyni dövrdə “Volkswagen”in qlobal satışları 8,4% azalaraq 4,13 milyon ədədə düşüb.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar