Ru
16:38 / 01 May 2026

Tram niyə Ukraynanın təslim olmağını istəyir?

Tram niyə Ukraynanın təslim olmağını istəyir?
Eye

İran məsələsində atəşkəsin davam etməsi fonunda ABŞ Prezidenti Donald Tramp yenidən Ukrayna məsələsinə diqqət yetirməyə başlayıb. ABŞ Prezidenti aprelin 29-da Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra bildirib ki, Ukrayna hərbi cəhətdən məğlub olub.

Ardınca Tramp əlavə edib ki, Putin Ukrayna ilə sülh razılaşmasına nail olmağa hazırdır, lakin "bəzi insanlar onun razılığa gəlməsini çətinləşdiriblər".

Lakin o, kimi nəzərdə tutduğunu deməyib.

ABŞ Prezidenti Avropa ölkələrini də Ukraynadakı vəziyyətə görə tənqid edib. Tramp iddia edib ki, Avropaya Ukrayna ilə bağlı kömək etsələr də, onlar burada xaos yaradıblar.
Siyasi şərhçi Arif Əliyev BakuPost.az-a bildirib ki, Tramp bu açıqlaması ilə əslində Ukraynanı təslim olmağa səsləyir:

“Tramp bütün cəhdlərlə, müxtəlif üsullardan istifadə etməklə Ukraynanı Rusiyanın şərtlərinə daha yaxın şərtlər əsasında müqavilə imzalamağa sövq edir. Tramp o cümlədən, çox zaman bu cür psixoloji təzyiq metodlarını da öz leksikonuna daxil edir. Belədə Ukraynadan tələb edir ki, tez bir zamanda razılığa gəlib müqaviləni bağlasın. Əks halda yaxın vaxtlarda daha ağır şərtlərin olacağı ilə hədələyir”.

Ekspertin fikrincə, cəbhədəki vəziyyət göstərir ki, Rusiya da əsasən irəliləyə bilmir, ümumən yerində sayır:

“Düzdür, qarşıdan yay ayları gəlir. Kiyev üçün kifayət qədər çətin olacaq. Bu əsasda da Tramp zəif bənd hesab etdiyi tərəfi sülhə getməsə, qarşıdakı dövrdə onun üçün daha çətin günlərin başlayacağı ilə qorxudur”.

Həmsöhbətimiz Trampın bu hədəsinin Kiyev üçün keçərli olacağını düşünmür:

“Ukrayna kifayət qədər düşüncəli hərəkət edir. Zelenskinin son çıxışları, yeni, daha etibarlı tərəfdaşlar axtarmaq cəhdi göstərir ki, hər halda o, təslimçilik yolunu seçməyib. Ona görə də Trampın bu hiyləsi də baş tutan deyil”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar