Ru
16:39 / 04 İyul 2026

Tramp Ağ Evdə sabiq ABŞ prezidentləri ilə birgə futbola baxmaq istəyir

Tramp Ağ Evdə sabiq ABŞ prezidentləri ilə birgə futbola baxmaq istəyir
Eye

Prezident Donald Tramp ABŞ-nin sabiq başçılarını, o cümlədən Barak Obama və Co Baydeni birgə futbol izləmək məqsədilə Ağ Evə dəvət etməyi düşünür.


"Bakupost" xəbər verir ki, bu barədə "İzvestiya" nəşri xəbər yayıb.

"Bəlkə də mən Barak Obamanı, Co Baydeni, eləcə də Corc Buşu və ya ata Buşu dəvət etməliyəm. Ola bilsin ki, futbol matçını birlikdə izləmək üçün bu şəxslərin bəzilərini çağırmaq lazımdır", - deyə o, telekanallardan birində qatıldığı verilişdə bildirib.

Trampın sözlərinə görə, əgər belə bir görüş baş tutarsa, mətbuat "dəliyə dönəcək".

Qeyd etmək lazımdır ki, ABŞ lideri ənənəvi idman növü hesab edilən "soccer" deyil, "football" terminini işlətdiyi üçün bu açıqlamasında məhz Amerika futbolunu nəzərdə tutub.

Verilişin aparıcısı isə bu bəyanata cavab olaraq belə bir görüşün çox əyləncəli olacağını vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar