Ru
14:30 / 09 İyul 2026

Trampın Ankara məmnunluğu: Avropanın qorxduğu hadisə baş vermədi

Trampın Ankara məmnunluğu: Avropanın qorxduğu hadisə baş vermədi
Eye

ABŞ Prezidenti Donald Tramp NATO-nun Ankaradakı zirvə toplantısından yaxşı əhval-ruhiyyədə ayrılıb və bununla da Avropa liderlərinin əsas qorxularını aradan qaldırıb.

Halbuki, ötən ilki Niderland sammitindən üzü bəri Tramp müttəfiqlərinə münasibətdə kəskin fikirlər səsləndirməkdə davam edirdi.

"Bakupost" xəbər verir ki, Tramp Ankara sammiti dövründə yaxşı əhval-ruhiyyədə qalıb və iclas otağında "sevginin hökm sürdüyünü" və zirvə toplantısı iştirakçılarının ona sözün əsl mənasında tərif yağdırdığını bildirib. Hətta qeyd edilir ki, bu dəfəki tədbirdə Tramp NATO liderlərini tənqid atəşinə tutmayıb.

Siyasi şərhçi Elçin Xalidbəyli "Bakupost"a bildirib ki, Trampın yumşalması Ankaraya gəlməmişdən öncə nəzərdə tutduğu hədəflərinə sammit çərçivəsində böyük ölçüdə çatması ilə bağlıdır:



“Tramp adminstrasiyası həmişə olduğu kimi, NATO-nun Ankara sammiti öncəsi də təşkilata qarşı sərt açıqlamaları ilə diqqəti çəkdi. O, NATO-dan ciddi şəkildə narazı qaldığını qətiyyən gizlətmirdi. Ağ Evdə hesab edirlər ki, ABŞ NATO-ya külli miqdarda maliyyə vəsaiti xərcləyir. Bu vəsaitin 1 trilyon dollara yaxınlaşdığı iddia olunur. Tramp adminstrasiyası isə hesab edir ki, ABŞ bu qədər maliyyə vəsaiti xərclədiyi halda, qarşılığında NATO-dan elə bir ciddi dəstək ala bilməyib. Xüsusən də bu, Yaxın Şərq savaşı dövründə müşahidə olundu”.

Ekspert qeyd edir ki, Trampın yumşalmasında NATO çərçivəsində ABŞ-nin müəyyən tələblərinə pozitiv qarşılıq alması öz sözünü deyib:

“Buradan belə nəticə çıxır ki, Ankara sammitinə yalnız Türkiyə Prezidenti Ərdoğanı məmnun etmək üçün gəldiyini bildirən Tramp zirvə toplantısından da məmnun ayrılıb. Bəzi iddialara görə, NATO çərçivəsində ABŞ müəyyən tələblərinə pozitiv qarşılıq almağa nail olub. Həmin tələblər arasında Yaxın Şərq böhranı ilə bağlı NATO-nun dəstəyi, Hörmüz boğazında baş verənlərdə qurumun Vaşinqtonun yanında yer alması, Alyansın hərbi, maliyyə yükünün bölüşdürülməsi və Ukrayna savaşı məsələsində ortaq fəaliyyət kimi məsələlər ön planda dayanırdı. ABŞ Alyansın maliyyə yükünün mühüm hissəsini quruma üzv digər ölkələrin üzərinə yükləməyi bacardı. Üzv ölkələr hərbi xərcləri ÜDM-nin 5 faizi səviyyəsinə qaldırmaq barədə öhdəlik götürüblər. Ona görə də münasibətlərdə müəyyən yumşalmalar baş verib”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar