Avropa liderləri ABŞ tərəfindən Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqini gözləmirlər.
Bakupost.az xəbər verir ki bu barədə "Bild" mənbələrinə istinadən yazıb.
Nəşrin qeyd etdiyinə görə, ABŞ Prezidenti Donald Trampın “istəkli koalisiya” və Ukrayna Prezidenti Zelenski ilə telefon danışığı “gərgin” atmosferdə keçib: ABŞ lideri Avropa liderlərini Rusiya nefti almaqda ittiham edib və bububla da sözügedən ölkənin maliyyələşməsinə xidmət etdiyini bildirib.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen buna etiraz edərək, Ukraynada müharibənin başlanmasından sonra Aİ tərəfindən Rusiya neftinin idxalının əhəmiyyətli dərəcədə azaldıldığını vurğulayıb.
Öz növbəsində ABŞ-ın xüsusi nümayəndəsi Uitkoff Avropanı Hindistan vasitəsilə Rusiya nefti almaqda ittiham edib.
Məqalədə o da qeyd ediib ki, Tramp ilə söhbətdən sonra Avropa liderləri arasında “narazılıq və məyusluq” hökm sürür.
Ayxan,
BakuPost