ABŞ Prezidenti Donald Tramp ölkənin Azərbaycandakı səfiri vəzifəsinə Virciniyadan olan Aleksandr Oldenin namizədliyini irəli sürüb.
Bakupost.az Report-a istinadən bildirir ki, ABŞ lideri Virciniya ştatını təmsil edən Oldenin Bakıdakı diplomatik missiyanın rəhbəri postuna təyin edilməsi barədə sənədi Senata göndərib.
Hazırda ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsini Emi Karlon icra edir.
Əvvəllər səfir postunu Mark Libbi tutub.