Netanyahunun məsuliyyətsiz addımlarından sonra Yaxın Şərqdə nüfuz itirmək təhlükəsi ilə üzləşən Tramp administrasiyası Bibiyə ciddi xəbərdarlıq etdi, Qətər əmirinə zəng vurduraraq üzr istəməyə vadar etdi.
Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Turab Rzayev ABŞ-ın Qətərə tam təhlükəsizlik zəmanəti verməsi haqda qeyd edib.
“İndi Tramp Bibini cəzalandırmağa davam edir, təhlükəsizlik narahatçılığı ilə üzləşən Körfəz ölkələrinə dəmir təhlükəsizlik vəd edir, yoxsa İrana hücum üçün səbəb və ya bəhanə yaradır?!
Prezident Donald Tramp yeni sərəncam imzalayıb.
Sərəncamda Qətərin ərazisinə və ya suverenliyinə edilən hər hansı hücum ABŞ-ın təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirilir.
ABŞ Qətərin suverenliyinə və ya onun həyati əhəmiyyətli infrastrukturuna yönəlmiş istənilən hücumu ABŞ-ın sülh və təhlükəsizliyinə qarşı atılmış addım hesab edəcək. Vaşinqton xəbərdarlıq edir ki, belə bir hal baş verərsə, ABŞ həm hüquqi, həm də hərbi tədbirlər görəcək və iki ölkənin ortaq maraqlarını qorumaq üçün müdafiə addımları atacaq”, - o bildirib.