Ru
16:39 / 02 İyun 2026

Tramp Bibini hədələyib? - Fakt təsdiqləndi

Tramp Bibini hədələyib? - Fakt təsdiqləndi
Eye

ABŞ Prezidenti Donald Trampın İsrail Baş naziri Benyamin Netanyahunu şəxsən həbslə hədələməsi və ya onun dünya miqyasında nifrətlə qarşılandığını deməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı Netanyahunun komandasındakı etibarlı mənbəyə istinadla məlumat yayıb.

“Telefon danışığı gərgin keçib və əsasən hər iki liderin əvvəlki söhbətlərindən sonra sosial şəbəkələrdə paylaşdıqları mesajlarla bağlı qarşılıqlı narazılıqları ətrafında cərəyan edib.

Tramp hesab edib ki, Netanyahunun paylaşımı müharibənin əvvəlki kimi tam intensivliklə davam etdiyini göstərir. Netanyahu isə Trampın paylaşımının İsrailin bütün cəbhələrdə atəşkəsə razılaşdığı təəssüratını yaratdığını düşünüb.

Bununla belə, Tramp İsrailin mövqeyini beynəlxalq aləmdə müdafiə etməyin getdikcə daha çətinləşdiyini də bildirib”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, daha əvvəl “Axios” nəşri anonim mənbəyə istinadla Trampın Netanyahuya “mən olmasam, indi həbsdə olardın” deməyi barədə məlumat yaymışdı.

İsrail mediasının yaydığı təkzibdə danışığın gərgin keçdiyi və müəyyən sərt ifadələrin səsləndiyi təsdiqlənib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar