ABŞ-nin Prezidenti Donald Tramp sosial şəbəkədə paylaşdığı süni intellektlə hazırlanmış videoda özünü “doktor” kimi təqdim edib və müxaliflərinə qeyri-adi mesajlar verib.
“Bakupost” xəbər verir ki, videoda Tramp tənqidçilərini “Tramp sindromu” adlandırdığı vəziyyətlə əlaqələndirərək bunun üçün “müalicə planı” olduğunu bildirib. O, çıxışında müxaliflərinə “yalan xəbərləri bağlamağı”, dua etməyi və narahat olduqları halda “diyet kola içməyi” tövsiyə edib.
Həmçinin videoda Trampı tənqid edən bəzi məşhurların süni intellektlə yaradılmış görüntülərinə də yer verilib və onların bu “müalicə” ilə sağaldığı təsvir olunub.
Sosial mediada geniş yayılan video qısa müddətdə böyük müzakirələrə səbəb olub.
Bahar Babaşova,
BakuPost