Ru
10:30 / 02 İyun 2026

Tramp bu ölkəni də hücumla hədələdi

Tramp bu ölkəni də hücumla hədələdi
Eye

ABŞ administrasiyası Omana təzyiqləri artıraraq bu ölkədən İranla diplomatik əlaqələri kəsməsini tələb edir.

Bakupost.az Globalinfo.az-ya istinadən xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) məlumat yayıb.

“Prezident Donald Tramp administrasiyası son günlər Maskata qarşı sanksiyalar tətbiq edə və hətta hərbi zərbələr endirə biləcəyi ilə bağlı xəbərdarlıqlar edib. Buna səbəb ABŞ kəşfiyyatının Omanın İranla birlikdə Hörmüz boğazından keçən gəmilərdən ödəniş almağı planlaşdırdığına dair yeni qiymətləndirməsi olub. Oman tərəfi isə bu iddiaları dəfələrlə təkzib edib”, – deyə nəşr yazıb.

Omanın informasiya naziri Abdullah əl-Hərrasi ölkəsinin ABŞ və digər tərəfdaşlarla regional sabitliyin qorunması üçün əməkdaşlığa hazır olduğunu bildirib.

Bununla yanaşı, Vaşinqtonun İranla əlaqələrin kəsilməsi istiqamətində təzyiqləri barədə suala cavab verməkdən imtina edib:

“Vaşinqtonun narazılığına səbəb olan əsas məqamlardan biri Omanın ənənəvi neytral siyasətidir. Maskat uzun illərdir İranla Qərb arasında vasitəçi rolunu oynayır və Tehranla dialoqun saxlanmasının bölgədə sabitlik üçün vacib olduğunu bildirir. Lakin ABŞ bu mövqeyi getdikcə daha çox öz maraqlarına zidd addım kimi qiymətləndirir”.

Xatırladaq ki, Donald Tramp bundan əvvəl də Omanın Hörmüz boğazına nəzarət və ya ödəniş tətbiqi cəhdlərinə qarşı sərt xəbərdarlıq etmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar