Ru
23:03 / 31 İyul 2025

Tramp bu yolla Putini ələ ala bilər - KİV

Tramp bu yolla Putini ələ ala bilər - KİV
Eye

ABŞ arasında ukraynalılar da daxil olmaqla bütün Avropaya ziyan vuracaq bir sövdələşmə ilə nəticələnə bilər.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Politico” nəşri yazır.

Nəşrin müəllifləri xatırladırlar ki, həm Rusiyanın Ukraynaya müdaxiləsi, həm də bir sıra Avropa hökumətlərinin səyləri nəticəsində ABŞ Avropaya mayeləşdirilmiş təbii qazın əsas tədarükçüsünə çevrilib.

Lakin indi "Aİ-nin şərq cinahındakı" ölkələr arasında Trampın Ukrayna müharibəsini tez bitirmək məqsədilə Rusiyaya siyasi və ticarət güzəştləri təklif edəcəyi, xüsusilə Rusiyanın Avropa enerji bazarına qayıtması üçün şərait yarada biləcəyi ilə bağlı narahatlıqlar artır. Bu narahatlıqları Şərqi və Mərkəzi Avropanın diplomatları, eləcə də amerikalı ekspertlər və sənaye nümayəndələri ifadə edirlər.

“Politico”nun məlumatlı həmsöhbətlərinin sözlərinə görə, hazırda Ağ Evdə iki fraksiya arasında mübarizə gedir: birincilər Ukraynada istənilən şərtlərlə sülh sazişinə can atırlar, enerji sektoru rəsmilərinin təmsil olunduğu digər fraksiya isə Avropa bazarının Rusiyaya veriləcəyi təqdirdə ABŞ-nin qaz hasilatı sektorunun ağır fəsadlarla üzləşəcəyi barədə xəbərdarlıq edir.

Məsələn, Trampın vasitəçiliyi ilə bağlanmış sülh sazişi Rusiyanın maye qazına qarşı ABŞ sanksiyalarının ləğvini nəzərdə tuta bilər. İnsayderlərdən birinin fikrincə, nəticədə, Avropa yenidən Rusiya təbii qazının asılılığına düşə bilər, bu isə Avropanın son üç ildə həmin asılılıqdan qurtulmaq üçün göstərdiyi səylərə ağır zərbə vura bilər.

“Avropanın şərq cinahında "Qazprom"un soyuq qucağına qayıtmamaqla bağlı qəti qərar versələr də, Qərbi Avropada vəziyyətə fərqli baxış ola bilər ki, bu da qitədə müəyyən parçalanma təhlükəsi yaradır”, - “Politico” qeyd edir.

"Bəziləri narahatdır ki, Trampın şouya meyli onu Rusiya ilə Ukraynanı zəiflədəcək və ABŞ-nin ixracına zərər verə biləcək sülh sazişinə sövq edəcək", - müəlliflər hesab edirlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar