ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı konkret addımlar atması qarşılığında Tehrana tətbiq olunan sanksiyaların yumşaldılmasına və dondurulmuş İran aktivlərinin sərbəst buraxılmasına razı ola bilər.
“Bakupost” xəbər verir ki, ABŞ rəsmilərinin sözlərinə görə, Qətər və Pakistan vasitəçiləri bu həftə ABŞ və İran arasında razılaşmanın əldə olunması üçün danışıqları yenidən davam etdirirlər.
ABŞ rəsmiləri bildiriblər ki, tərəflər arasında müəyyən məsələlər üzrə fikir ayrılığı hələ də qalır. Əsas mübahisələrdən biri öhdəliklərin vaxtı və ilk addımı hansı tərəfin atacağı ilə bağlıdır.
ABŞ tərəfi İranın nüvə məsələsində konkret öhdəliklər götürməsini və razılaşmaya sadiqliyini göstərən təminatlar təqdim etməsini tələb edir.
Vüsalə Hüseynova,
BakuPost