ABŞ Prezidenti Donald Tramp 2009-cu ildə “Fort Hud” hərbi bazasına hücumda təqsirli bilinən Nidal Malik Həsənin edamını təsdiqləyib.
"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell məlumat yayıb.
Qeyd edək ki, keçmiş ordu mayoru və psixiatr Nidal Malik Həsən 2009-cu il noyabrın 5-də “Fort Hud”da atəş açaraq 13 nəfəri öldürüb, 32 nəfəri yaralayıb. O, atəş açan zaman "Allahu Əkbər" qışqırıb.
O, 2013-cü ildə qəsdən adam öldürməkdə təqsirli bilinərək edam cəzasına məhkum edilib.