ABŞ Prezidenti Donald Tramp İranla müharibənin yaxın zamanda sona çatacağını və ABŞ-nin qalib gələcəyini bildirib. O, müharibədən sonra enerji qiymətlərinin də sürətlə düşəcəyini deyib.
“Bakupost” xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən İranın nüvə silahına sahib olmasına imkan vermədiklərini iddia edib.
“İran heç vaxt nüvə silahına sahib olmayacaq. Bu müharibəni çox yaxında qazanacağıq və hər şey sona çatacaq. Benzin qiymətləri də ciddi şəkildə düşəcək”, – deyə Tramp bildirib.
O, İranın nüvə silahına sahib olmasının İsrail, Yaxın Şərq və Avropa üçün ciddi təhlükə yaradacağını da iddia edib.
Vüsalə Hüseynova,
BakuPost