ABŞ Prezidenti Donald Tramp İranla müharibənin daha 2–3 həftə davam edə biləcəyini açıqlayıb və bildirib ki, ABŞ qüvvələri artıq İranın 8 “kiçik, sürətli” gəmisini məhv edib.
Bakupost.az xəbər verir ki, Trampın sözlərinə görə, əməliyyatların böyük hissəsi tamamlanıb, lakin proses hələ bir neçə həftə davam edə bilər. O, həmçinin iddia edib ki, İran daxilində əhali rejimə qarşı silahlanmağa başlayır.
Gərginlik əsasən Hörmüz boğazı ətrafında cəmlənib. ABŞ və İran arasında qarşılıqlı ittihamlar davam edir, hər iki tərəf hücumlarla bağlı fərqli açıqlamalar verir.
ABŞ Mərkəzi Komandanlığı isə bölgədə İran qüvvələrinə qarşı əməliyyatların davam etdiyini və bəzi hərbi hədəflərin vurulduğunu açıqlayıb.
Röya Rizvanzadə, BakuPost