Ru
23:20 / 11 İyun 2026

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ
Eye

ABŞ Prezidenti Donald Tramp İrana qarşı planlaşdırılan hava zərbələrinin ləğv edildiyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Truth Social" sosial şəbəkəsindəki paylaşımında bildirib.

O qeyd edib ki, İran rəhbərliyi ilə aparılan danışıqlardan sonra bu zərbələri ləğv etmək qərarına gəlib.

"İran İslam Respublikası ilə müzakirələrin İran rəhbərliyinin ən yüksək səviyyəsinə çıxarıldığını və bəyənildiyini nəzərə alaraq, mən, Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi, bu axşam üçün İrana planlaşdırılan zərbələri və bombardmanları ləğv etdim. Müzakirələr və yekun bəndlər həm konseptual olaraq, həm də ən xırda detallarına qədər prosesə cəlb olunmuş bütün tərəflər, o cümlədən Birləşmiş Ştatlar, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya, Misir və digərləri tərəfindən bəyənilib. Bu saziş tam başa çatana qədər dəniz blokadası tam qüvvədə qalacaq. İmzalama mərasiminin vaxtı və yeri yaxın zamanlarda elan olunacaq", — deyə Tramp qeyd edib.


Xatırladaq ki, iyunun 11-də Tramp yaxın gələcəkdə İranın ən böyük neft terminalının yerləşdiyi Xark adasını, eləcə də digər neft infrastrukturu obyektlərini ABŞ-nin nəzarətinə götürmək niyyətində olduğunu bəyan etmişdi. O, həmçinin iyunun 12-nə keçən gecə İrana çox güclü zərbələr endirməyə hazır olduğunu bildirmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar