Ru
18:23 / 20 Avqust 2026

Tramp İrana qarşı misli görünməmiş "iqtisadi müharibə" ELAN ETDİ

Tramp İrana qarşı misli görünməmiş "iqtisadi müharibə" ELAN ETDİ
Eye

ABŞ İrana qarşı misli görünməmiş "iqtisadi müharibə"yə başlayır.

"Bakupost" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" platformasında qeyd edib.

"Heç kim İran İslam Respublikasına saziş bağlamaq üçün mənim verdiyimdən daha böyük imkan yaratmayıb. Təəssüflər olsun ki, onlar bu imkandan istifadə edə bilmədilər. Buna görə də bu gün hər hansı bir ölkəyə qarşı indiyədək həyata keçirilmiş ən sərt iqtisadi əməliyyatı elan edirəm! Bu, misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid olacaq.

Onların hərbi-dəniz qüvvələri artıq yoxdur, hərbi-hava qüvvələri məhv edilib, hərbi zavodları xarabalığa çevrilib, valyutaları dəyərsizdir və ölkələri bir tükdən asılı vəziyyətdədir.

Bu gün həmçinin elan edirəm ki, maliyyə qurumları, şirkətləri, hava limanları və ya dövlət strukturları İrana hər hansı formada dəstək verən istənilən ölkə özü də nəhəng iqtisadi nəticələrlə üzləşəcək.

Neft qaçaqmalçılığı, svop xətləri, nağd pul köçürmələri, valyuta mübadiləsi məntəqələri, gəmi reyestrləri, muzdlu şirkətlər — bütün bunlar indi dayandırılmalıdır. Kimin nəzərdə tutulduğunu özünüz bilirsiniz.

Bütün müttəfiqlərimizin İran təhlükəsini təcrid etmək və məğlub etmək üçün Amerika Birləşmiş Ştatlarının yanında dayanmasına ehtiyacımız var.

Onlar küncə sıxışdırılıblar və bu tarixi tədbirlər onları və terroru bütün dünyaya yaymaq imkanlarını iflic edəcək.

İran heç vaxt nüvə silahına sahib olmayacaq".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar