Ru
10:20 / 09 İyul 2026

Tramp İrana qarşı sərtləşir: Yeni zərbə əmri...

Tramp İrana qarşı sərtləşir: Yeni zərbə əmri...
Eye

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi və siyasi ritorikasını kəskinləşdirib. Sərt bəyanatlarla çıxış edən Ağ Ev rəhbəri rəsmi Tehrana qarşı yeni hərbi zərbələrin endirilməsi barədə göstəriş verdiyini bəyan edib.

"Bakupost" "The Washington Post"a istinadla xəbər verir ki, Tramp çıxışında İran rəhbərliyini kəskin ifadələrlə tənqid edərək onları "axmaq" adlandırıb və bu hakimiyyətlə hər hansı bir dialoqun vaxt itkisindən başqa bir şey olmadığını vurğulayıb.

ABŞ Prezidenti İranla diplomatik təmasların tam kəsilmədiyini desə də, prosesin gələcəyinə ümidsiz yanaşıb:

“Tehran rəhbərliyi etibarlı tərəfdaş deyil, onlar öz vədlərinə heç vaxt əməl etmirlər. Əgər Tehran tərəfi çox istəyirsə, amerikalı diplomatlarımız onlarla təmasları davam etdirə bilərlər. Lakin mən bu danışıqların hər hansı bir müsbət nəticə verəcəyinə inanmıram”.

BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar