ABŞ Prezidenti Donald Tramp İranın ABŞ-dən müharibə təzminatı tələb etdiyi xəbərlərinə cavab olaraq, Tehrandan təzminat tələb etdiyini açıqlayıb.
“Bakupost” xəbər verir ki, Tramp İranın son 50 ildə öldürdüyünü iddia etdiyi insanlar, həmçinin müxtəlif münaqişələrdə ölən və yaralanan şəxslərlə bağlı təzminat tələb etdiyini bildirib.
Tramp həmçinin İranın Livan, Suriya, Yəmən və Qəzza əhalisinə dəymiş zərər və itkilərə görə məsuliyyət daşımalı olduğunu deyib.
ABŞ Prezidenti bu tələblərin gələcək danışıqlarda gündəmə gətirilməsi barədə nümayəndələrinə göstəriş verdiyini bildirib.
Vüsalə Hüseynova,
BakuPost