Ru
18:22 / 28 Avqust 2026

Tramp: İranla görüşmək niyyətimiz yoxdur

Tramp: İranla görüşmək niyyətimiz yoxdur
Eye

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlara qayıtmaq niyyətində olmadıqlarını bildirib.

“Bakupost” xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən İranla danışmaq üçün ciddi səbəb görmədiyini deyib.

Tramp İranın ciddi iqtisadi çətinliklərlə üzləşdiyini və ölkənin hərbi imkanlarının böyük ölçüdə zəiflədiyini iddia edib.

O, Hörmüz boğazının açıq olduğunu və tankerlərin neft daşımağa davam etdiyini bildirib.

Tramp İranla yaxın zamanda danışıqların bərpa olunub-olunmayacağı ilə bağlı suala “onlarla danışmaq istəmirik” cavabını verib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar