Ru
21:19 / 06 İyul 2026

Tramp kimi xələf olaraq görür? - MƏLUM OLDU

Tramp kimi xələf olaraq görür? -  MƏLUM OLDU
Eye

ABŞ Prezidenti Donald Tramp vitse-prezident Ceyms Devid Vens öz xələfi kimi görür.


"Bakupost" xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat verib:

"Ağ Evin yüksək vəzifəli müşaviri bəyan edib ki, Vens varis olmağa layiqdir. Bu vəzifəyə digər potensial namizəd Marko Rubio idi".

Nəşr qeyd edir ki, son aylarda Tramp Venslə Rubionu müqayisə edir və onları "demək olar ki, bir-birinə qarşı qoyurmuş. Eyni zamanda müşavirlərindən 2028-ci il seçkilərində kimin namizəd olmasını istədiklərini soruşsa da, artıq bunu etmir.

Mənbə qeyd edib Prezident artıq Vens, yoxsa Marko deyə soruşmur. O, artıq Ceyms Devid Vensin yaxşı işlədiyini deyir.

"Axios"un məlumatına görə, Trampın seçiminə Vensin İranla memorandumun imzalanmasında əsas rol oynaması təsir göstərib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar