Ru
15:12 / 16 İyun 2026

Tramp: “Mən olmasaydım, İsrail yox olacaqdı”

Tramp: “Mən olmasaydım, İsrail yox olacaqdı”
Eye

ABŞ prezidenti Donald Tramp G7 Zirvəsində etdiyi çıxış zamanı bir sıra diqqətçəkən və mübahisəli açıqlamalar verib.

Bakupost.az xəbər verir ki, bu barədə xarici mediya məlumat yayıb.

Tramp bildirib ki, ABŞ-ın dəstəyi olmasaydı, İsrailin mövcudluğu təhlükə altında qalardı: “Biz olmasaydıq, İsrailin mövcudluğuna son qoyulacaqdı. Çünki heç bir prezident mənim etdiyimi etməzdi”.

O, İranla bağlı da danışaraq qeyd edib ki, tərəflər arasında razılaşma əldə olunub: “İranla razılaşmamızı tamamladıq. Bu, uğurlu bir razılaşma idi. İndi ikinci mərhələyə keçirik. İrana heç bir investisiya qoymayacağıq. Amma onların heç vaxt nüvə silahı olmayacaq”.

O, əlavə edib ki, nüvə silahına sahib İran region üçün ciddi təhlükə yaradar.

Tramp çıxışında rejim dəyişikliyi məsələsinə də toxunaraq bunun tərəfdarı olmadığını bildirib: “Mən rejim dəyişikliyinə inanmıram. İllərdir bunu müşahidə etmişəm və heç vaxt işə yaramır. Bu, yalnız kortəbii şəkildə baş verməlidir”.

O, həmçinin İsrailin baş naziri Benyamin Netanyahunun siyasətini tənqid edib və Livana hücumlarından narazılığını ifadə edib:
“Netanyahunun Livana hücumundan qətiyyən məmnun deyiləm. İsrail daha məsuliyyətli davranmalıdır”.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar