Ru
11:15 / 16 Mart 2026

Tramp NATO-ya çağırış etdi- Üçüncü Dünya Müharibəsi qapıda

Tramp NATO-ya çağırış etdi- Üçüncü Dünya Müharibəsi qapıda
Eye

ABŞ Prezidenti Donald Tramp "Financial Times" qəzetinə verdiyi müsahibədə NATO müttəfiqlərini İran ətrafında yaranmış gərginlikdə Vaşinqtona dəstək verməyə çağırıb və əks halda alyansın gələcəyinin sual altına düşəcəyi ilə hədələyib.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, Tramp NATO ölkələrinin ABŞ-a lazımi yardımı göstərməyəcəyi təqdirdə alyansın taleyinin "qaranlıq" ola biləcəyini bəyan edib. O, ABŞ-ın uzaq məsafədə yerləşməsinə baxmayaraq, Ukrayna məsələsində avropalı müttəfiqlərinə böyük xeyirxahlıq göstərərək yardım etdiyini xatırladıb:

"Biz çox xeyirxah olduq. Ukrayna bizdən minlərlə mil uzaqda olsa da, onlara kömək etməli deyildik, amma etdik. İndi görək onlar bizə kömək edəcəklərmi".

Tramp həmçinin alyans daxilində öhdəliklərin qeyri-bərabər paylanmasını tənqid edərək, Çinə nəzərdə tutulan səfərinin də təxirə salına biləcəyini vurğulayıb. Onun sözlərinə görə, əgər Pekin Hörmüz boğazının açılmasına töhfə verməsə, bu səfər baş tutmayacaq. Bu çıxış ABŞ-ın İranla müharibədə müttəfiqlərindən birbaşa hərbi və siyasi iştirak gözlədiyinin ən açıq göstəricisi kimi qiymətləndirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar