ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında kütləvi qıtlıq barədə xəbərlərin HƏMAS tərəfindən uydurulduğunu deyən İsrailin baş naziri Binyamin Netanyahuya əsəbiləşib və onun üstünə qışqırıb.
Bakupost.az xəbər verir ki, bu iddia ilə NBC News adı açıqlanmayan keçmiş ABŞ rəsmilərinə istinadən çıxış edib.
Qeyd olunur ki, hadisə iyulun 28-də telefon danışığı zamanı baş verib.
Məqalədə qeyd edilir ki, bu söhbət ABŞ prezidentinin xüsusi nümayəndəsini ötən həftə regiona səfərə sövq edib.
Xatırladaq ki, o, səfər zamanı Netanyahu ilə görüşüb və Qəzza zolağına baş çəkib.
Zaur,
BakuPost