Ru
15:48 / 10 Oktyabr 2025

Tramp niyə Nobel mükafatı almadı? - AÇIQLAMA

Tramp niyə Nobel mükafatı almadı? - AÇIQLAMA
Eye

“ABŞ Prezidenti Donald Trampın Nobel sülh müküfatına iddiasını anlamaq çətindir.Bəlkə də Nobel Komitəsinin tarixində belə hal olmayıb ki, kimsə özü Nobel mükafatı almaq üçün il ərzində “mükafat mənə verilməlidir” davamlı açıqlamalar versin”.

Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlunun fikrincə, Tramp gələn il mükafata əsas namizədlərdən biri ola bilər:

“Ağ Ev sahibi Qəzza ilə bağlı razılaşmanı daha əvvəl əldə etsəydi, o bu il mükafata əsas namizəd olacaqdı. Nobel Komitəsi sülh mükafatını alacaq namizədləri aylar öncə müəyyənləşdirib və həmin müddətdə Qəzzada hələ qətllər davam edirdi. Ədalət naminə Tramp ABŞ-nin keçmiş Prezidenti Barak Obamadan Nobel sülh mükafatına daha layiqlidir. Barak Obama 2009-cu ildə beynəlxalq diplomatiyanı gücləndirmək üçün göstərdiyi səylərə görə Nobel sülk makafatına layiq görülüb. Ancaq Obama xarici və təhlükəsizlik sahəsində elə bir uğur qazanmamışdı. Bakıda 1990-cı ilin yanvar ayında qətliama yaşıl işıq yandıran SSRİ-nin son lideri Mixail Qorbaçov da Nobel sül mükafatı almışdı”.

Lalə, Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar