Ru
13:34 / 04 Sentyabr 2025

Tramp Obamanı belə trolladı – FOTO

Tramp Obamanı belə trolladı – FOTO
Eye

Ağ Evin “LinkedIn” platformasındakı eəsmi səhifəsi yenilənib. Belə ki, ənənəvi loqo ABŞ prezidenti Donald Trampın fotosu ilə əvəz edilib.

Bakupsot.az “Axios” nəşrinə istinadən xəbər verir ki, bu dəyişiklik nəticəsində Barak Obama da daxil olmaqla, əvvəlki administrasiyalarda çalışmış şəxslərin profillərində “ABŞ Prezidenti” vəzifəsinin yanında Trampın portreti görünməyə başlayıb.

Səhifədə edilən dəyişiklik, “Ağ Evdə iş təcrübəsi” göstərilən bütün profillərdə həmin şəklin avtomatik əks olunmasına səbəb olub. Bu isə elə təəssürat yaradır ki, həmin şəxslər Tramp administrasiyasında xidmət ediblər.

Ağ Evin kommunikasiya direktoru Stiven Çunq bu addımın keçmiş administrasiya rəsmilərini trollamaq məqsədilə atıldığını "X" sosial şəbəkəsində təsdiqləyib.

Hazırda rəsmi və təsdiqlənmiş şəkildə “LinkedIn” hesabı olan yeganə ABŞ prezidenti Barak Obamadır.


Aysel,
BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar