Ru
18:16 / 19 Oktyabr 2026

Tramp Putindən nə xahiş edib? – Lavrovun Tehrana gözlənilməz səfərinin pərdəarxası

Tramp Putindən nə xahiş edib? – Lavrovun Tehrana gözlənilməz səfərinin pərdəarxası
Eye

Rusiya xarici işlər naziri Lavrov İrana səfərə gəlib.

“Bakupost” TASS-a istinadən xəbər verir ki, Lavrov İranlı həmkarı Əraqçi ilə regionda gərginliyin azaldılması addımlarını müzakirə edəcəklər.

Qeyd edək ki, daha əvvəl Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) iclasında iranlı nazir görüşün Yaxın Şərqdəki ən aktual məsələyə - Fars körfəzi ətrafındakı vəziyyətə yönəldilməsini təklif edib. Onun iddiasına görə, ABŞ və İsrailin təxribatçı təcavüzü regionun bir çox digər yerlərində zəncirvari reaksiyaya səbəb olub.

Lavrovun İrana səfərinin ABŞ Prezidenti Donald Trampın Rusiyadan dizel yanacağı almaq və bir sıra sanksiyaların müəyyən müddətə ləğv edilməsi barədə qərarından sonra reallaşması belə düşünməyə əsas verir ki, həmin səfərin baş tutması əslində məhz Ağ Evin hazırkı sahibinin istəyilə olub.

Gözləniləndir ki, Trampın Rusiyadan dizel yanacağı almağın müqabilində, Kreml sahibindən də müəyyən istəkləri olub. Bu istəklərdən biri Ukrayna ilə bağlı olsa da, böyük ehtimalla digər xahişi də İranla əlaqədar olub.

Görünür, Tramp daxildəki mövqeyini möhkəmləndirmək üçün İranla əsasən Vaşinqtonun maraqlarına cavab verəcək hansısa razılaşmaya getmək istəyir. Amma Tehran göründüyü kimi, hələlik Trampın bu yöndə çağırışlarına müsbət cavab vermir. Bu isə ABŞ Prezidentini qıcıqlandırır.

Həmin səbəbdən ola bilsin dizel sövdələşməsi fonunda Lavrovun Tehrana səfər etməsini də Tramp Rusiya Prezidenti Putindən xahiş edib.

Bu əsasda Lavrovun səfərində əsas məqsədin İranı ABŞ ilə razılaşmaya gəlməyə razı salmaqdan ibarət olduğu istisna deyil. Bu zaman hətta Lavrov lazım gəlsə, təzyiq metoduna da keçə bilər.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar