Ru
13:33 / 11 Mart 2026

Tramp razılaşdı - İrana icazə verəcək!

Tramp razılaşdı - İrana icazə verəcək!
Eye

FİFA, ölkələr arasında müharibə davam etsə də, İran milli komandasının ABŞ-də keçiriləcək 2026-cı il Dünya Kubokunda iştirak edə biləcəyini gözləyir.

Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, İran yığmasının iyunun 15-də Kaliforniyanın İnqlvud şəhərində Yeni Zelandiya, iyunun 21-də Belçika, iyunun 26-da isə Sietlda Misirlə qrup mərhələsi oyunları keçirməsi planlaşdırılır.

Turnir iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

İran rəsmiləri son günlər müharibə səbəbindən ölkələrinin turnirdə iştirakının sual altında ola biləcəyini bildirmişdilər.

FİFA prezidenti Canni İnfantino isə bildirib ki, o, ABŞ lideri Donald Trampla görüşərək turnirə hazırlıq məsələlərini müzakirə edib və İran komandasının ABŞ-yə gəlişi ilə bağlı təminat alıb.

İnfantinonun sözlərinə görə, görüş zamanı İrandakı mövcud vəziyyət və İran yığmasının Dünya Kubokuna vəsiqə qazanması da müzakirə olunub.

“Prezident Tramp İran komandasının ABŞ-da keçiriləcək turnirdə iştirakının qəbul olunduğunu və onların ölkəyə gəlməsinin mümkün olacağını bir daha vurğuladı”, – deyə FİFA rəhbəri bildirib.

Qeyd edək ki, daha əvvəl Tramp administrasiyasının elan etdiyi səyahət qadağasının ilk versiyasında İrandan olan azarkeşlərin ABŞ-a girişinə məhdudiyyət tətbiq olunmuşdu.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar