Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı dizel yanacağının tədarükü ilə bağlı razılıq əldə olunub.
"Bakupost" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, Rusiya dərhal ABŞ və dünya bazarlarına 300 min tondan çox dizel yanacağı göndərəcək. Noyabr ayı ərzində əlavə 500 min ton, daha sonra isə 1 milyon ton dizel yanacağının tədarükü nəzərdə tutulur.
"Rusiyadakı neft emalı zavodlarının vəziyyəti nəzərə alınmaqla, qısa müddət ərzində daha 3 milyon ton dizel yanacağı da tədarük ediləcək. Bu razılaşma, eləcə də Hörmüz boğazı üzərində tam nəzarətin ABŞ-yə keçməsinə və dünya bazarında dizel yanacağının qiymətlərinin rekord sürətlə aşağı düşməsinə səbəb olacaq"
O vurğulayıb ki, qiymətlərin azaldılması, xüsusilə fermerlər, fermer təsərrüfatlarının sahibləri və yük maşını sürücüləri üçün yanacağın ucuzlaşması onun əsas prioritetlərindəndir.
“Bu, çox mühüm və əhəmiyyətli açıqlamadır”, – deyə Tramp qeyd edib.
O, həmçinin İranın nüvə silahına sahib olmayacağını bildirib.