Ru
23:40 / 24 Sentyabr 2026

Tramp Szinpini yola saldı: Görüşdən sonra nə baş verdi?

Tramp Szinpini yola saldı:  Görüşdən sonra nə baş verdi?
Eye

Tramp Ağ Evdə keçirilən uğurlu görüşdən sonra Sədr Si Cinpinlə vidalaşıb.


"Bakupost" xəbər verir ki, bu barədə Ağ Ev "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Bu axşam Sədr Si Cinpin dövlət qəbulunda iştirak etmək üçün yenidən Ağ Evə gələcək", - deyə Ağ Evin məlumatında qeyd olunub.

Görüş başa çatdıqdan sonra Tramp Çin liderinə sentyabrın 21-də Ağ Evin Cənub çəmənliyində açılışı keçirilən yeni helikopter meydançasını nümayiş etdirib.

Onlar prezidentin yeni "VH-92A Patriot" helikopterinə daxil olublar. Daha sonra helikopterdən çıxaraq tərcüməçilərin iştirakı ilə bir neçə dəqiqə onun yanında söhbət ediblər.

Bundan sonra liderlər Ağ Evə qayıdıblar. Bir qədər sonra isə Donald Tramp Si Cinpini avtomobil karvanınadək müşayiət edərək onunla vidalaşıb.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar